mədəniyyət işçisi

Peşəkar yaradıcılıq fəaliyyəti ilə məşğul olan və ya mədəniyyət təsisatında işləyən şəxs

mədəniyyət fəaliyyəti
mədəniyyət sərvətləri
OBASTAN VİKİ
Fəxri Mədəniyyət İşçisi
Fəxri Mədəniyyət İşçisi — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dövlət qulluğunda və ya mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə fərqlənən şəxslərə təqdim olunan döş nişanı. == Tarixi və əsasnaməsi == Döş nişanı ilk dəfə 10 dekabr 2012-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" adı altında təsis edilmişdir. 20 aprel 2018-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ləğv edilməsi səbəbindən döş nişanın təqdim olunması dayandırılmış, əvəzində 3 oktyabr 2018-ci ildə təsdiq edilmiş əsasnamə ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı təsis olunmuşdur.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı dövlət qulluğunda və ya mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştirakına görə 10 ildən az iş stajı olmayan mədəniyyət, ədəbiyyat, incəsənət, mədəniyyətşünaslıq və s. sahəsində yüksək bədii estetik dəyərə malik olan ədəbiyyat, musiqi, dram, rəngkarlıq, kino, teatr, ifaçılıq əsərləri yaradan, eyni zamanda mədəniyyət sahəsində elmi-ədəbi araşdırmalara nail olan yaradıcı insanlara, mədəniyyətin inkişafında xüsusi xidmətlərinə görə mədəni-maarif müəssisələrinin qəzet və jurnal redaksiyalarının, nəşriyyatlarının, kitab ticarətinin, poliqrafiya müəssisələrinin, televiziyaların, kinonun, radio verilişlərinin işçilərinə, mədəniyyət sahəsində çalışan, Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında kadrların hazırlanmasında və tərbiyə edilməsində xidməti olan şəxslərə verilir.Döş nişanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kollegiyası tərəfindən Nazirliyin döş nişanlarının verilməsi üzrə Komissiyasının qərarına əsasən verilir. Mükafata layiq görülmüş şəxslərə döş nişanı və vəsiqə təqdim edilir. Döş nişanı təqdim edilmiş təqdimatlara əsasən il ərzində bir neçə dəfə verilir və təltif edilmə haqqında qərar "Mədəniyyət" qəzetində dərc edilərək Nazirliyin saytında yerləşdirilir. Döş nişanından məhrum etmə Nazirliyin Kollegiyasının qərarı əsasında həyata keçirilir.
Əməkdar mədəniyyət işçisi
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi — mədəniyyətin inkişafında xüsusi xidmətlərinə görə mədəni-maarif müəssisələrinin, qəzet və jurnal redaksiyalarının, nəşriyyatların, kitab ticarətinin, poliqrafiya müəssisələrinin, televiziyanın, radio verilişlərinin, kinonun, turist-ekskursiya təşkilatlarının, idarələrinin işçilərinə, bədii özfəaliyyət iştirakçılarına və mədəniyyət idarələri və təşkilatları sisteminin digər işçilərinə mədəniyyət sahəsində azı iyirmi il işlədikdə verilən fəxri ad. Fəxri ad Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 22 may 1998-ci ildə təsis olunmuşdur.
Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi

Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi — mədəniyyətin inkişafında xüsusi xidmətlərinə görə mədəni-maarif müəssisələrinin, qəzet və jurnal redaksiyalarının, nəşriyyatların, kitab ticarətinin, poliqrafiya müəssisələrinin, televiziyanın, radio verilişlərinin, kinonun, turist-ekskursiya təşkilatlarının, idarələrinin işçilərinə, bədii özfəaliyyət iştirakçılarına və mədəniyyət idarələri və təşkilatları sisteminin digər işçilərinə mədəniyyət sahəsində azı iyirmi il işlədikdə verilən fəxri ad. Fəxri ad Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 22 may 1998-ci ildə təsis olunmuşdur.
Azərbaycan SSR əməkdar mədəniyyət işçisi
== 1960-cı illər == === 1967 === 21 oktyabr 1967-ci ildən: Ağayeva Şəfiqə Əli qızı — "Azərbaycan qadını" jurnalının redaktoru Hacıyeva Teybə Səlim qızı — Kürdəmir rayon kitabxanasının müdiri Dilbazi Mirvarid Paşa qızı — şair Rəfibəyli Nigar Xudadat qızı — şair Rəsulova Tamara Həsən qızı — Sumqayıt Şəhər İcraiyyə Komitəsi mədəniyyət şöbəsinin müdiri Sultanova Hökümə İsmayıl qızı — Azərbaycan KP MK yanında respublika Qadınlar Şurasının sədri, Azərbaycan KP MK Partiya Tarixi İnstitutunun baş elmi əməkdaşı Süleyman Dadaş oğlu Məlikov — jurnalist, tərcüməçi, redaktor.
Mədəniyyət
Mədəniyyət — insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi, insanın yaratdığı və nəsildən-nəsilə ötürdüyü maddi və mənəvi dəyərlər. "Mədəniyyət" anlayışının latın dilindən tərcüməsi "julture" — "becərmək", "bəsləmək", "yaxşılaşdırmaq" deməkdir. Bu sözün ilkin mənası — torpağın becərilməsi, əkinçilik, torpağın işlənilməsi idi. Tədricən insanların fəaliyyət dairəsi genişləndi və "mədəniyyət" sözü daha geniş bir məna daşımağa başladı: maarifçilik, savad, tərbiyə. Mədəniyyət sözü, həmçinin, ərəbcə "Mədinə" sözündədir və mənası "şəhərsalma" anlamına gəlir. Məşhur rus dilşünası Vladimir Dal özünün "İzahatlı lüğət"ində yazır: "Mədəniyyət — işlədilmə, becərmə, üzərində çalışmadır, bu əqli və əxlaqi savaddır". Mədəniyyət fenomenini təhlil edən F.Hegel ona "insan tərəfindən yaradılmış ikinci təbiə" adını vermişdir. Mədəniyyət — təbiət tərəfindən bizə bəxş edilmiş sərvətdir, insanlar tərəfindən yaradılmış və toplanılmış maddi və mədəni dəyərləri, bizi əhatə edən təbiəti qiymətləndirmək üçün bizə verilmiş şansdır. Mədəniyyət — hər bir insanın az və ya çox dərəcədə əldə etdiyi bilik və vərdişlər, ictimai və istehsalat həyatı, savad və tərbiyə, yaradıcılıq və mənəvi-əxlaqi fəallıqdır. Eyni zamanda, buraya insan tərəfindən yaradılmış sərvətlər (o cümlədən maddi sərvətlər) də daxildir.
Seks işçisi
Seks işçisi — seks sənayesində çalışan bir şəxs. Termin birbaşa cinsi xidmətlər göstərənlər də daxil olmaqla, seks sənayesinin bütün sahələrində işləyən şəxslərə istinad edilir.
Ordubad işçisi (qəzet)
El həyatı — Ordubad rayonunda nəşr olunan qəzet. == Tarixi == Keçmiş SSRİ-də mahallar ləğv edildikdən sonra ittifaq dövlətinin hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da 1930-cu ildə Ordubad rayonu təşkil olundu. Aqarak qəsəbəsi və bir sıra kəndlər Ordubadın tərkibindən çıxarılaraq Ermənistanın Mehri rayonuna hədiyyə edilməklə Ordubad rayonu formalaşdırıldı. Rayon formalaşdırıldıqdan sonra 1932-ci ilin iyul ayının 24-də bugünkü "El həyatı" qəzetinin sələfi olan "Ordubad fəhləsi" nəşr olundu. Qəzet o dövrlərdə A4 fomatda 2 səhifədən ibarət çıxırdı. Qəzetin ilk redaktoru Abbas Qasımov, məsul katibi isə İsmayıl İsmayılzadə olub. 1935-ci ildən Hüseyn İbrahimov "Ordubad fəhləsi"ndə redaktor, Hüseyn Ağrılı (Talıbov) isə məsul katib işləmişlər. Hüseyn İbrahimov 1936-cı ilin yanvar ayında Ordubad rayon Partiya Komitəsinə katib seçildikdən sonra Nağı Babayev qəzetin redaktoru vəzifəsinə təyin olunmuşdur. 5 il "Ordubad fəhləsi" adı ilə çıxan rayon qəzeti 1937-ci ilin sonundan "Ordubad işçisi" adı ilə nəşr olunub. 1941-ci ildən "Ordubad işçisi" qəzetinə Səhralı Rüstəmov redaktor, Hüseynqulu Əzimov isə məsul katib təyin olunur.
Xüsusi təhlükəsizlik işçisi
Xüsusi təhlükəsizlik işçisi fərdlərin, təşkilatların və ya dəyərli varlıqların qorunması işini görən bir insandır. Xüsusi mühafizəçilər rabitə, yanğın, fəlakətlər, partlayıcı maddələr, şəxslərin qorunması, təhlükəsizlik sistemləri, hadisə yerində tədqiqat, hüquq, ilk tibbi yardım, narkotik maddələr, silahlar, izdiham mövzusunda təlimlər alırlar.
Əməkdar tibb işçisi
Azərbaycan Respublikasının əməkdar tibb işçisi — yüksək peşəkarlığına görə müalicə-profilaktika, əczaçılıq, sanitariya, sanatoriya-kurort, elmi-tədqiqat və digər səhiyyə müəssisələrində tibb məntəqəsinin müdiri, tibb bacısı, feldşer, mama, diş texniki, rentgen texniki, laborant, feldşer-laborant, anestezist, instruktor-dezinfektor, sanitar-feldşer, həkim köməkçisi, entomoloq köməkçisi, tibbi statistik, tibb qeydiyyatçısı, müalicə-bədən tərbiyəsi üzrə instruktor və əczaçı vəzifələrində çalışan işçilərə səhiyyə sahəsində azı iyirmi il işlədikdə verilən fəxri ad.
Arxeoloji mədəniyyət
Arxeoloji mədəniyyət — Eyni dövrə aid, özünəməxsus yerli cəhətləri ilə fərqlənən və müəyyən ərazidə cəmlənən arxeoloji abidələrin ümumiliyini bildirən termin. == Haqqında == Arxeoloji mədəniyyət adətən, əmək alətləri, evlərin quruluşu, saxsı məmulatının forma və naxışları, dəfn adətləri və digər əlamətlərə əsasən adlandırılır (məsələn, küp qəbirləri mədəniyyəti, boyalı qablar mədəniyyəti və s.). Arxeoloji mədəniyyət əsasında məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişaf səviyyəsi, tayfanın və xalqın tarixi, yayıldığı ərazi və s. mühüm məsələlər öyrənilir. == Azərbaycanda arxeoloji mədəniyyətlər == Azərbaycan üçün Kür-Araz, Boyalı qablar, Xocalı-Gədəbəy, Naxçıvan, Yaloylutəpə, Leylatəpə, Quruçay, Köndələnçay mədəniyyətləri və s. xarakterikdir. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası. I cild, səh.416.
Bakıda mədəniyyət
Bakı şəhərinin əsası V əsrdə qoyulmuşdur. Azərbaycanın paytaxtı olan bu şəhər müxtəlif dövrlərdə Şirvanşahlar dövləti, Bakı xanlığının və Rusiyanın Bakı quberniyasının mərkəzi olmuşdur. Bakıda dövrümüzə çatmış ən qədim tikili Qız qalasının təməl hissəsi hesab edilir. Şirvanşahlar dövründə Bakıda çoxlu inşaat işləri həyata keçirilmiş və şəhər inkişaf etdirilmişdir. XII əsrdə qala divarları inşa edilmiş və şəhərin müdəfiə sistemi gücləndirilmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra şəhərin “Qala” adlandırılan qədim hissəsinin həyatında “kristallaşma” dövrü başlamışdır. XIX əsrdə Abşeron yarımadasında neft sənayesinin inkişafı ilə ictimai və mədəni həyatda da canlanma baş verir. XX əsrin əvvəllərində Bakı Rusiya imperiyasının əsas sənaye şəhərlərindən birinə çevrilir. Şəhərin iqtisadi baxımdan sürətli inkişafı aralarında Emanuel Nobel, Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Aleksandr Mantaşev və s. milyonçuların şəhərə böyük sərmayələr yatırmasına şərait yaradır, çoxsaylı yeni binalar və komplekslər inşa edilir.
Estetik mədəniyyət
Estetik mədəniyyət — konkret mәdәni-tarixi şәraitdә cәmiyyәtin, yaxud ayrıca fәrdin potensial estetik tәcrübәsinin reallaşdırılması vә mәrkәzlәşdirilmәsi ilә bağlı fenomenlәr, institutlar, davranışlar, mәtnlәr vә s. mәcmusu. Estetik mədəniyyətin spesifikası vә funksiyası subyektin dünyaya münasibәtinin azad özünüifadәsi ilә bağlıdır. Estetik mədəniyyət insanın hәr bir predmet üçün onun öz növünün ölçüsünü tapmaq vә tәtbiq etmәk, belәliklә dә, әşyanın ümumәn bütün dünyaya nәzәrәn spesifik dәyәrini aşkara çıxarmaq qabiliyyәtindә tәzahür edir . == Haqqında == Cəmiyyətin estetik mədəniyyətinə həm estetik şüurun (estetik biliklərin, estetik hisslərin, estetik zövqlərin, estetik idealların) məzmunu və inkişaf səviyyəsi, həm də insanların estetik yaradıcılığının xarakteri, istiqaməti və yayılma dərəcəsi daxildir. Eyni zamanda, estetik mədəniyyətdə estetik sərvətlərin insan tərəfindən mənimsənilmə formalarının rəngarəngliyi, bu sərvətlərdən insanın inkişafı, onun mənəviyyatının zənginləşməsinə görə humanist məqsədlərlə istifadə edilməsi də öz əksini tapır . Estetik alim Osman Əfəndi estetik mədəniyyətdə estetik idrakın əsas yer tutduğunu göstərərək yazır ki, elmi idrak kimi, estetik idrak da sonsuz aləmin zənginliklərini daha geniş mənimsəmək və ona daha dərindən münasibət bəsləmək meyarlarının örnək yoludur. Şüurlu həyatda sistemli biliklər zənginliyini yaradan və onu yeni səviyyələrə yüksəldən elmi idrakın nəzəri cəhətlərinə çox ciddi diqqət yetirilməsi təbii-zəruri amil sayıldığı kimi, ali inkişaf səviyyəsinə qovuşmuş estetik idrakın nəzəri cəhətdən öyrənilməsi işi də bu mənada qiymətləndirilməyə layiqdir. Çünki bu təbii-zəruri amilləri doğuran idrak formalarının hər biri əbədi olaraq insanlığa, onun təsdiqinə xidmət edir . Estetik mədəniyyət estetik düşüncələrin məhsuludur.
Mədəniyyət (dəqiqləşdirmə)
Mədəniyyət
Mədəniyyət (qəzet)
Mədəniyyət — qəzet. == Haqqında == “Mədəniyyət” qəzetinin ilk sayı 1991-ci ilin 2 yanvar tarixində nəşr olunub. Qəzetin təsisçisi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyidir. Nazirliyin mətbu orqanı kimi nəşrin başlıca vəzifəsi Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətini işıqlandırmaq, bu sahədə görülən işləri ictimaiyyətə çatdırmaqdır.Azərbaycanın mədəni həyatının müxtəlif sahələri – teatr, musiqi, kino, rəssamlıq, heykəltəraşlıq, xalq yaradıcılığı və tətbiqi sənətlər, eləcə də mədəni irs, tarix və ədəbiyyatımız, folklor, aşıq yaradıcılığı, habelə muzey, kitabxana və digər mədəniyyət müəssisələrinin fəaliyyəti qəzetin səhifələrində əksini tapır. Bundan əlavə, dünya mədəniyyətinin diqqətçəkən olayları, Azərbaycanın beynəlxalq mədəni əlaqələri, milli adət-ənənələr və mənəvi dəyərlər, mədəniyyətlərarası dialoq, mədəni müxtəliflik kimi mövzular qəzetin gündəm mövzularını təşkil etməkdədir.Qəzet həftədə iki dəfə (çərşənbə və cümə günləri) çıxır.
Mədəniyyət AzTV
Mədəniyyət Televiziyası — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) nəzdində fəaliyyət göstərən kanal. Kanal 14 fevral 2011-ci il, saat 20:30-da yayıma başlamışdır. "Mədəniyyət" kanalının əsas məqsədlərindən biri Azərbaycan mədəniyyətinin dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini Azərbaycanda təbliğ etməkdir. "Mədəniyyət" kanalı ölkədə təşkil olunan mədəniyyət tədbirləri ilə bağlı bütün layihələrin də ekskluziv yayım hüququna malikdir. 6 noyabr 2013-cü il tarixində 16:9 təsvir formatlı yayıma keçmişdir. 14 fevral 2018-ci tarixindən 24 saatlıq yayım rejiminə başlamışdır. 31 may 2021-ci ildən etibarən Azərbaycan Televiziyası, İdman TV və "Mədəniyyət" kanalı HD yayıma başlayıb. Böyük vəsait tələb edən bu proses Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncamına əsasən həyata keçirilidi. 28 yanvar 2022-ci ildə "Azerspace-1" peykində HD yayım formatına keçib. == Rəhbərlik == === Baş direktorlar === Mədəniyyət kanalının baş direktoru – Ramil Qasımov 19.10.2021 direktor vəzifəsinə Ülviyyə Könül təyin edilib.
Mədəniyyət Nazirliyi
Mədəniyyət Nazirliyi (Azərbaycan) — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Mədəniyyət TV

Mədəniyyət Televiziyası

Mədəniyyət diplomatiyası
Mədəni diplomatiya və ya mədəniyyət diplomatiyası — ictimai diplomatiya və yumşaq gücün üsulu olan insanlar arasında qarşılıqlı anlamanı böyütmək məqasədi ilə fikirlərin, məlumatın, incəsənətin, dilin və mədəniyyətin başqa cəhətlərin millət və insanarası mübadilə. == Tarixi == Mədəni diplomatiyanın qədim nümunələri arasında yunanların İsgəndəriyyə kitabxanasının tikilməsini, Roma Respublikasının onunla həmsərhəd olan dövlətlərdən "dostyana kralların" oğullarını Romaya onlara təhsil vermək üçün dəvət edilməsi və Bizans İmperiyasının slavyan torpağlarında Pravoslav yevangelizmi sponsorluq etməsini qeyd oluna bilər.Soyuq müharibə dövründə mədəni diplomatiya ABŞ üçün SSRİ-nin çəpələməsinin üçün vacib cihazı olmuşdu. Fransa məktəblərin beynəlxalq şəbəkəsi vasitəsi ilə fransız dilini mədəni diplomatiya üçün iştədir.
Mədəniyyət fəlsəfəsi
Mədəniyyət fəlsəfəsi — ümumiyyətlə mədəniyyətin mahiyyətini, quruluşunu və inkişafını izah etmək üçün istifadə olunur. Onun tarix fəlsəfəsi ilə ümumi bir sahədə maraqları var. Mədəniyyət fəlsəfəsi adlandırması çox sonralar müzakirə mövzusu olmaqla birlikdə, bu sahədə işlər Sokrat əvvəli filosoflara qədər uzanmaqdadır.
Mədəniyyət imperializmi
Mədəniyyət imperializmi imperyalizmin mədəni aspektlərini əhatə edir. Imperializm burada fərqli sivilizasiyalar arasında qeyri-bərabər münasibətlərin yaranması və davam etməsini, eyni zamanda daha güclü sivilizasiyanın üstün olduğunu izah edir. Beləliklə, mədəni imperializm, siyasi və ya iqtisadi cəhətdən güclü bir millətin zəif cəmiyyətlərin üzərində öz mədəniyyət dəyərlərini tətbiq etmək prinsipi və ya mədəni hegemoniyasıdır. Bu termin daha çox tarix, mədəniyyət tədqiqatları və müstəmləkəçilik-sonrası nəzəriyyələri sahələrində tətbiq olunur. Mədəniyyət imperializmi mədəni hegemoniyanı möhkəmləndirdiyinə görə münasibət, formal siyasət və ya hərbi əməliyyatlar kimi müxtəlif formaları ola bilər. == Tarixi == Con Tomlinson "Mədəniyyət imperializmi" adlı kitabında bu terminin 1960-cı illərdə ortaya çıxdığını və 1970-ci illərdən başlayaraq tədqiqat başlığı kimi gündəmə gəldiyini iddia etmişdir. Bundan əvvəl isə "media imperializmi", "struktur imperializmi", "mədəni asılılıq və hökmranlıq", "mədəni sinkronizasiya", "elektron müstəmləkəçilik", "ideoloji imperializm" və "iqtisadi imperializm" kimi terminlər eyni əsas anlayışı təsvir etmək üçün istifadə olunmuşdur. Müxtəlif alimlər bu terminə fərqli izahatlar verirlər. Amerika mətbuatının tənqidçisi Herbert Şiller yazırdı: "Bu gün mədəni imperializmin konsepsiyası (1975) bir cəmiyyətin müasir dünya sisteminə gətirildiyi proseslərin cəmini və bu proses nəzdində öz dəyərləri və quruluşunu ictimai qurumlara cəlb etməklə, təzyiqlə məcburi və ya manipulasiya ilə yaymasını bildirir. Yayma prosesində ictimai mediyanın rolu çox böyükdür və demək olar ki ən təsirli alətlərdən biridir Buna görə də, bu təsiri idarə etmək üçün çox vaxt hakim qüvvələr yayımları kommersiyalaşdırıllar.
Mədəniyyət müharibəsi
Mədəniyyət müharibəsi — istifadə edildiyi ərazi və tarixdən asılı olaraq, fərqli mənalara sahib termin. İlkin olaraq, termin Qərb dünyasında ənənəçi, klassik liberal və ya mühafizəkar dəyərlər ilə sosial-demokrat, tərəqqipərvər və ya sosial liberal dəyərlər arasındakı münaqişəyə aid edilir. Mədəniyyət müharibələri bütün dünya cəmiyyətlərində tarix, elm və digər mövzular üzrə debatlara səbəb olmuşdur. Mədəniyyət müharibəsi termini Kanadada Qərbi və Şərqi Kanada, şəhər və şəhərətrafı ərazilərdə, mühafizəkarlıq və liberallıq arasındakı fərqliliyi təsvir etmək üçün istifadə edilir. Ölkələdə fransızdilli və ingilisdilli əhalinin bölünməsi də Kanada cəmiyyətinin inteqral hissəsi idi. == Mənşə == Mədəniyyət müharibəsi termini alman dilindəki Kulturkampf (azərb. Mədəni mübarizə‎) sözünün hərfi tərcüməsidir (kalka). Kulturkampf sözü 1871-ci ildən 1878-ci ilə qədər davam edən Almaniya imperiyasının kansleri Otto fon Bismark rəhbərliyindəki mədəni və dini qruplar ilə Roma Katolik Kilsəsi arasındakı münaqişəyə aid edilir. Mədəniyyət müharibəsi sözünün ingilis dilindəki hərfi tərcüməsi – Culture war termini dövrün ABŞ qəzetlərində nəşr olunmuşdur. == Həmçinin bax == Sekulyarizm Ölüm cəzası Seksual inqilab Qlobal istiləşmə == İstinadlar == == Xarici keçidlər == "Force Behind The Culture War 2016".
Mədəniyyət sosiologiyası
Mədəniyyət sosiologiyası (ing. Sociology of culture), kulturososiologiya (alm. Kultursoziologie‎) — öyrənilməsi obyekti cəmiyyətdə mədəniyyətin işləmə və inkişaf qanunauyğunluqları, habelə mədəni normaların, fikirlərin, dəyərlərin, davranış qaydalarının, hərəkət edən fikirlərin qatlanması, mənimsənilməsi, qorunması və daha da ötürülməsi olan budaq sosioloji nəzəriyyə insanlar arasındakı münasibətlərin tənzimləyiciləri, eləcə də cəmiyyət və təbiət münasibətləri kimi. == Tarixi == Mədəniyyət sosiologiyası termini ilk dəfə Maks Adler tərəfindən istifadə edilmişdir] . Adler mədəni dəyərlərin və normaların meydana gəlməsi və mövcudluğunun sosial amillərini mədəniyyət sosiologiyasının öyrənilməsinin mövzusu hesab edirdi. Ancaq mədəniyyət sosyolojisinin mövzusunun bu tərifi Qərbdə sonrakı tədqiqatçılarının əksəriyyəti tərəfindən qəbul edilmədi və Adler, fəlsəfi və ictimai-siyasi ədəbiyyatda "cəmiyyət" və "mədəniyyət" kimi anlayışların, çox nadir istisnalar istisna olmaqla eyni şəkildə istifadə edilmişdir. Sosiologiyanın mədəniyyət sosiologiyası ilə əvəz olunmasının heç bir mənası olmadığına inanılırdı. Məsələn, mədəniyyət tədqiqatlarının yaradıcısı Leslie Vayt sosiologiyanın mədəni və sosial cəhətdən dəqiq bir şəkildə müəyyənləşdirməkdə gücsüz olduğuna inanırdı, çünki onun fikrincə, cəmiyyət mədəniyyətin bir funksiyası olsa da, mədəniyyəti yalnız sosial münasibətlərin ayrı bir tərəfi kimi qəbul edir. Karl Mannheym, mədəniyyət sosyologiyasını mədəni əsərlərin təfsirinin spesifik bir növü kimi təyin etmişdir. Tolkott Parsonsun struktur funksionalizmi mədəniyyət sosiologiyası mövzusunun güclü bir şəkildə daralmasına kömək etdi, çünki mədəni determinizmə söykənir və buna görə mədəniyyət cəmiyyətin bütün sahələrinin varlığı və inkişafı üçün təməl daşı hesab olunur.
Mədəniyyət sənayesi
Mədəniyyət sənayesi — Frankfurt məktəbinin iki böyük üzvü olan Theodor Adorno və Max Horkheimer tərəfindən sosial, mədəniyyət və media elmlərinə bəxş edilmiş tənqidi konseptdir. Bir çoxlarından fərqli olaraq bu cütlük mediaya və mədəniyyətə tənqidi prizmadan baxaraq onların sadəcə kapitalist və elit sinfin maraqlarına xidmət etdiyini irəli sürmüşlər. == Adorno və Horkheimer-in Birləşmiş Ştatlara gedişi və yaşadıqları dövr == Adorno Almaniyanın Frankfurt, Horkheimer isə Ştutqart şəhərində dünyaya gəlmişlər. Almaniyada təhsil alan və akademik sahədə işləməyə başlayan bu iki şəxs Nazi partiyası hakimiyyətə gəldikdən sonra Marksist və tənqidi baxışlarına görə dövlət tərəfindən möhkəm tənqidlərə və basqılara məruz qaldıqlarından Almaniyanın tərk edərək Birləşmiş Ştatlara köçməyə qərar verirlər. Bu hadisə onların həyatında dönüş nöqtəsi olur. 1940-50-ci illərdə media, əyləncə mədəniyyəti və kapitalizm Birləşmiş Ştatlarda sürətlə böyüməkdə idi. Hər il yeni sənayelər açılır, yeni filmlər, çizgi filmlər, mahnılar və digər mədəniyyət məhsulları ortaya çıxmaqda idi. Bu dəyişiklikləri müşahidə edən Horkheimer və Adorno bu məsələyə özlərinə məxsus prizmadan baxmağa qərar verirlər, və nəticədə, o günə kimi heç kimin üzə çıxarmadığı mənfi tendensiyanı ortaya çıxartmağı bacardılar. == Mədəniyyət sənayesi == Horkheimer və Adorno kapitalizmin beşiyi sayıla biləcək yerlərdən biri olan ABŞ-da medianın kapitalizmə xas xüsusiyyətləri özünə götürdüyünü irəli sürürdülər. Kapitalizmin əsas xüsusiyyətləri qazanc, təminat və tələbat və yalnız maddiyyəti düşünməkdir.
а та́кже взнести́сь жа́нровый отгни́ть плюга́вый полузакрыва́ться попо́лдничать трюм шерсточеса́льный вывора́чивать доскака́ться корзи́на переспа́ть пуэ́рто-рика́нский самовыдви́гаться гнуть друк air-tested bale-fire imponderable inferiority overall housing viaduct Wallasey аскорбиновый